Tərkibi:
1 kq ağ gilas
1 kq şəkər
0,5 stəkan su
Hazırlanması:
Gilası suyun altında yuyun və içindəki tumlarını çıxardın.
Şəkəri bir qazana tökün və üstünə suyu əlavə edin. Qazanı alov üzərinə qoyun. Şəkərli su qaynayandan sonra gilası siropun içinə atın və alovu orta gucə qoyun. Gilas siropun içində 10-15 dəqiqə qalmalıdır. Sonra isə alovu söndürün.
Qazanı 4 saatlıq qıraga qoyun. Qazanın içindəki tam soyumalıdır. Gilas bu vaxta öz suyunu siropa buraxacaq, şəkərli sirop isə gilasın içinə dolacaq.
Bu prosessi 3 dəfəyəycən təkrar edin. Vacibdir ki, Siz mürəbbəni hər dəfə tam soyudasınız.
Hazır olunmuş mürəbbə yaqut rəngində olmalıdır.
Azərbaycanda bəzi ailələr gilasın içinə tumun əvəzinə qoz ləpəsi qoyub mürəbbəni belə üsulnan bişirirlər.
Nuş olsun!