Biskvitli kremli çiyələk tortu

Biskvitli kremli çiyələk tortu

Tərkibi:
2 paket biskvit
2 su stəkanı süd
1 çay stəkanı toz şəkər
Kifayət qədər çiyələk

Kremi üçün:
2 yemək qaşığı nişasta
2 yemək qaşığı düyü unu
1 ədəd yumurta sarısı
1 su stəkanı toz şəkər
2 su stəkanı su
4 su stəkanı süd
1 paket vanil

Hazırlanma qaydası:
Kremi üçün: nişasta, düyü unu, yumurta sarısı və suyu mikser köməyiylə yaxşıca çırpın.
Ayrı bir qazanda 4 su stəkanı südü qaynadın.
Südün içinə çırptığınız qarışığı və şəkəri əlavə edib qatılaşana qədər bişirin.
Ocaqdan almadan əvvəl içinə vanil əlavə edin.
Hamar bir səviyyəyə gəlməsi üçün mikserlə yaxşıca çırpın.
Ayrı bir yerdə 2 su stəkanı süd və 1 çay stəkanı şəkər tozunu yaxşıca qarışdırın, sonra biskvitləri bu qarışıq ilə isladın.
Tort qabına qarışımı ardıcıllıqla biskvit, krem ​​və dilimlənmiş çiyələk olmaq üzrə yerləşdirin.
Ən üstə qalan kremi yayın və çiyələkləri düzün.
Soyuq olaraq servis edin. Nuş olsun!

Mənbə: Mətbəx.net 

Top