Ərzaqlar:
6 ədəd qırmızı bibər
500 qram qırmızı acı bibər
1 stəkan su
2 çay qaşığı şəkər
1 yemək qaşığı alma sirkəsi
yarım çay qaşığı duz
Hazırlanması:
Bibərləri yuyub, saplarını kəsin. Qırmızı bibərlərin toxumlarını çıxarın. İri-iri doğrayın.
Təmizlədiyiniz bibərləri qazana atın, 1 stəkan su əlavə edib qazanın qapağını bağlayın.
Yumşalana qədər bişirin. Yumşalan bibərləri suyuyla bilrikdə əl mikseri ilə pürə halına gətirin. Süzgəcdən keçirib şüşə qaba tökün. Qabıqlarının və toxumlarının yaxşı ayrıldığından əmin olun.
Püre halına gələnə qədər bibərlərin içinə duz, şəkər və sirkə əlavə edib yaxşıca qarışdırın.
Hazırladığınız acı bibər sousunu bankalara yığıb soyuducuda saxlayın.