Kalitka

Kalitka

Tərkibi: 
2 st. çovdar unu
2/3 st. xama
2/3 st. süd
duz 

iç:
5-6 orta ölçülü kartof
1 yumurta 
2 x.q. kərə yağı 


Hazırlanması:
Əvvəlcə içi hazırlayaq. Kartofu təmizləyib qaynadın. Püre hazırlayın, yumurta, ərinmiş yağ, duz vurun, qarışdırın. 

Stəkanda südlə xamanı qarışdırın. 
Unu ələyin, azca duz vurun, tədricən süd və xama qarışığını əlavə edərək qarışdırın. Elastik, yumşaq xəmir alınmalıdır (bunun üçün südlə xama bir qədər az və ya çox tələb oluna bilər). 
Xəmiri qida ploynkasına büküb 20-30 dəqiqə saxlayın. 
Xəmiri kolbasa formasına salın. Qoz boyda kəsib kündələyin, un səpilmiş lövhədə 1-1,5 mm qalınlıqda yayın (yaxşı forma üçün xırda nəlbəkidən də istifadə edə bilərsiniz). 
Hər bir lavaşın içinə 2 x.q. iç qoyun. Xəmirin iki qırağını ortaya eləyin, təxminən 1 sm-dən bir büzün. 

Kalitkaları yağlanmış siniyə düzün, 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 

Kalitkaları süfrəyə qaynar süd, yaxud doğranmış bişmiş yumurta ilə qarışdırılmış isti kərə yağı ilə verə bilərsiniz.

Nuş olsun!
Top