"Arzu" salatı

"Arzu" salatı

Tərkibi:

3 duzlu xiyar 
500 q qaraciyər (mal)
1 banka göy noxud konservi
2 yerkökü
1 baş soğan 
200 q mayonez 
duz

Hazırlanması:
Qaraciyəri bişirin, sona yaxın duz vurun. Soyudun, xırda kubik doğrayın. 

Yerkökü və soğanı xırda doğrayıb yağda qovurun. 

Xiyarı xırda kubik doğrayın. 

Hamısını qarışdırıb mayonez vurun. 

Qeyd: qaraciyəri mayonezlə ayrıca qarışdırıb saxlayın, sonra digər ərzaqlarla qarışdırın. O zaman daha yumşaq və dadlı olur. 

Nuş olsun!
Top