Ərzaqlar:
200 qr toyuq filesi
2 turşu soğan
4 yumurta
100 qr qoz
2 alma
Mayonez
Duz
Hazırlanma qaydası:
Toyuq ətini kubiklər formasında kəsirik.
Salatı lay-lay dayaz qaba əlavə edirik. Çalışmalıyıq ki, salat dördbucaqlı forması alsın:
-yumurtanın ağı (sürtgəcdən keçirilmiş vəziyyətdə)
-toyuq (kubik formasında doğranmış halda)
-mayonez
-soğan (turşuya qoyulmuş)
— alma(süzgəcdən keçirilmiş)
— xırdalanmış qoz
— yumurta sarısı (sürtgəcdən keçirilmiş)
Hər layın arasına duz, istiot əlavə etdikdən sonra mayonez çəkirik.
Pendir və zeytundan isə royalımızın dillərini hazırlayırıq.
Nuş olsun!