Lobyalı, yumurtalı plov

Lobyalı, yumurtalı plov

Yeni dadları təcrübədən keçirməyi sevənlər üçün ləziz plov resepti

Ərzaqlar:
500 qr təzə lobya
350 qr düyü
1 soğan
1 çay qaşığı kişmiş
5 yumurta
2 yemək qaşığı kərə yağı
1 yemək qaşığı bitki yağı
bir qədər nazik doğranmış cəfəri
3 stəkan su və ya toyuq suyu
duz, istiot və zövqə görə sumaq


Hazırlanması:
Lobyanı yuyub təmizlədikdən sonra böyüklüyünə görə 2 və 3 yerə bğlün.
Az duzlu suda qanadıb bişirin. Yumurtaları ayrıca qaynadın. Qabıqlarını soyub 4-ə bölün.
Tavaya hər iki yağı əlavə edib isidin, üzərinə doğranmış soanları əlavə edin.
Soğanlar öldükdən sonra yuyulmuş düyüləri əlavə edib şəffaflaşana qədər qarışdırın.
Kişnişi də əlavən edib yenə qarışdırın. Son olaraq lobyanı, 3 stəkan su və ya toyuq suyunu töküb orta odda qaynamağa qoyun.
Qaynadıqdan sonra kiçik odda düyülər bişinə qədər saxlayın.
Sonra tavanın altını söndürün və yumurtaları əlavə edin. Nazik doğranmış cəfərini də əlavə edib, servis edin. Nuş olsun!
Top