Xəmir üçün:
3 st. un
1 x.qaşığı quru maya
1 ç.qaşığı duz
1 ç.qaşığı şəkər tozu
3-4 damla limon suyu
1 stəkan ilıq su
Sousu üçün:
1 ədəd pomidor
1 diş sarımsaq
1 ədəd bibər
yarım alma, yarım soğan
1 stəkan su
Üzərinə:
1 ədəd qırmızı bibər (incə doğranmış)1 ədəd yaşıl bibər (incə doğranmış)
1 stəkan qaynadılıb, doğranmış göbələk
yarım stəkan konserv qarğıdalı
6-7 dilim sosiska (ikiyə ayrılmış)
1 stəkan rəndələnilmiş holland pendiri
Hazırlanması:
Əvvəlcə sousu hazırlayın. Bunun üçün pomidoru, sarımsağı, toxumları çıxarılmış bibəri, qabığı soyulmuş almanı, soğanı, 1 stəkan su ilə qaynadın. Xəmir üçün də un, maya, şəkər, duz və limon suyunu dərin bir qaba tökün. İlıq suyu yavaş-yavaş əlavə edib yoğurun. Ələ yapışmayacaq bir xəmir əldə edin. Marqarinlə yağlanılmış nimçəyə xəmiri tökün. Üzərinə hazırladığınız sousdan gəzdirin. Daha sonra doğranmış bibərlər, göbələk, qarğıdalı və sosiskanı xəmirin üzərinə düzün. Ən üstə rəndələnilmiş holland pendiri səpin. Əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə qədər bişirin.
Nuş olsun!