Çoban salatı

Çoban salatı

coban salatıƏrzaqlar:
2 ədəd pomidor
2 ədəd xiyar
1 baş qırmızı soğan
1 diş sarımsaq
1/2 limon
3-4 x.q zeytun yağı
Reyhan, şüyüd
Duz
İstiot

Hazırlanması:
Soğanın və sarımsağın qabığını təmizləyib yuyuruq. Soğanı iki ya da dörd bölüb nazik doğrayırıq. Sarımsağı isə xırda doğrayırıq.
Pomidoru yuyub dördkünc doğrayırıq.
Xiyarı yuyub dördkünc doğrayırıq.
Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq.
Pomidor, xiyar, soğan, sarımsaq və göyərtiləri duz, istiot, limon şirəsini və zeytun yağı töküb qarışdırırıq. Nuş olsun!

Top