Sacher tortu

Sacher tortu

Tərkibi:
130 qr marqarin
1 su stəkanı toz şəkər
1 su stəkanı un
6 ədəd yumurta
130 qr tünd şokolad
130 qr ərik marmeladı

Kremi üçün:
250 qr tünd şokolad
1 su stəkanı toz şəkər
Yarım su stəkanı su

Hazırlanma qaydası:
Yumşalan marqarini və şəkər tozunun yarısını mikserlə yaxşıca çırpın.
Qarışığa yumurta sarıları əlavə edib çırpmağa davam edin.
Şokoladı su buxarı üsulu əridin və qarışığa əlavə edib qarışdırın
Ayrı bir yerdə yumurta ağlarını qalan şəkərlə köpüklənənə qədər çırpın, sonra şokoladlı qarışığa əlavə edib qarışdırın.
Ən son unu yavaş-yavaş əlavə edib qarışdırın.
Xəmiri yağlayıb unladığınız keks qəlibinə tökün. Əvvəlcədən qızdırılmış 150 dərəcəli sobada 1 saat bişirin.

Şokolad sousu üçün: şokoladı nazik-nazik doğrayın, qazanda vam xodda şəkər, su və şokoladı qarışdırın.
Şokolad əriyəndən sonra bir kənara qoyub soyumasını gözləyin.
Keks hazır olandan sonra eninə iki hissəyə kəsib arasına ərik marmelatını sürtün.
Şokolad sousuyla keksin tamamını örtün, soyuducuda 1 saat gözlətdikdən sonra süfrəyə verin edin. Nuş olsun!
Top