Tərkibi:
1-2 st. un
200 q marqarin
2 yumurta
0,5 st.şəkər tozu
1/3 ç.q. soda
sirkə
duz
vanil, darçın, zəncəfil (ürəyiniz istəyən dadlandırıcıdan birini vura bilərsiniz)
Hazırlanması:
Marqarini su hamamında, yaxud otaq temperaturunda yumşaldın. Şəkər tozu ilə qarışdırıb, şəkər tozu tam əriyincə çalın.
Yumurta, un, azca duz, vanil (və ya digər ədviyyat, yaxud da ədviyyatsız) və sirkədə söndürülmüş soda əlavə edin.
Sonra az-az un əlavə etməklə əlinizlə yoğurun. Ələ yapışmayan elastik xəmir alınmalıdır.
Yayın, fiqurlar kəsin. 190 dərəcə qızdırılmış sobada qızaranadək bişirin.
Hazır olandan sonra üstünə əridilmiş şokolad gəzdirə, yaxud da şəkər pudrası səpə bilərsiniz.
Nuş olsun!