Daxma tortu

Daxma tortu

İnqredientlər: 
xəmir üçün:
200 q marqarin
300 q xama
4 st. un
1/2 st. şəkər tozu
1 ç.q. soda 
vanil 
duz 

İç üçün: 
500 q albalı mürəbbəsi
qoz
şokolad plitəsi

Krem üçün: 
300 q kərə yağı
1 banka qatılaşdırılmış süd
vanil

Hazırlanması:
Yumşaldılmış marqarini şəkər tozu, xama və soda ilə qarışdırın. Bərk xəmir yoğurub 1 saatlığa soyuducuya qoyun. 
Albalı mürəbbəsini aşsüzənə töküb süzün. Qozu qabıqlı-qabıqlı sobada qızdırın, sonra təmizləyib xırda doğrayın. (Hazır ləpədən də istifadə edə bilərsiniz, amma belə daha dadlı olur). 
Xəmiri soyuducudan çıxarıb onu 15 bərabər hissəyə bölün. Bunların hər birindən 30x10 sm ölçülü yuxa yayın. Hər belə şəridin ortası boyu albalı mürəbbəsini qoyun, üzərinə qoz səpin, sonra onu boru şəklində bükün. Yəni o, ev tikmək üçün şalbanlara oxşamalıdır. 
"Şalbanları" yağlanmış siniyə düzüb, 200 dərəcəyədək qızdırılmış sobada azca qızaranadək bişirin. 
Krem üçün ərzağı çalın. 
Borucuqları 5+4+3+2+1 qaydası ilə aralarına krem çəkməklə üst-üstə düzün. Üzərinə isə sürtgəcdən keçirilmiş şokolad səpin. 

Nuş olsun!
Top