Tərkibi:
biskvit:
3 yumurta
150 q şəkər tozu
150-200 q un
sufle:
20 q jelatin
200-250 portağal şirəsi (4-5 portağalın)
500 ml 33-35%-li qaymaq
150 q şəkər tozu
Hazırlanması:
Yumurtaları şəkər tozu ilə çalın.
Un əlavə edin, qarışdırın.
Sinini (20x30 sm) yağlayın, yaxud perqament döşəyin. Xəmiri tökün. 180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.
Hazır biskvitə şərbət və ya şirə hopdura bilərsiniz.
Sufle: Jelatini 150 ml soyuq qaynadılmış suda isladın, qablaşdırmanın üstündə göstərilən müddət qədər saxlayın.
Jelatini ocağın üstünə qoyun, qaynara düşəndə götürün (amma qaynatmayın). Bir qədər soyudun.
Qaymağı şəkər tozu ilə çalın.
Qaymağa şirə əlavə edib çalın.
Jelatini əlavə edib qarışdırın.
Sufleni biskvitin üstünə qoyun (biskviti qabdan çıxarmayın), hamarlayın, soyuducuda 7-8 saat saxlayın.
Sonra isə doğrayın.
Hazır trafaretin köməyilə üstünə darçın, yaxud kakao səpə bilərsiniz.