Tərkibi (20-25 ədəd):
75 ml süd
50 q şəkər tozu
0,5 ç.q. quru maya və ya 15 q yaş maya
170 q isti kartof püresi
1 iri yumurta
1 ç.q. vanil esensiyası
350 q un (daha çox və ya az tələb oluna bilər)
1/8 ç.q. üyüdülmüş muskat cevizi
1/4 ç.q. duz
60 q otaq temperaturunda kərə yağı
şəkər pudrası (üzərinə)
Hazırlanması:
Mayanı şəkər tozu və isti südlə qarışdırın, isti yerdə 15-20 dəqiqə saxlayın.
Mayalı qarışığı kartof püresi, yumurta və vanil esensiyası ilə qarışdırın.
Unu duz və muskat cevizi ilə qarışdırın, yarısını əlavə edin. Yumşalmış kərə yağını, tədricən də unun qalanını əlavə edərək yoğurun. Xəmir yumşaq və bir qədər də ələ yapışan alınır.
Ləyənin üstünü qida plyonkası, yaxud dəsmalla örtün, isti yerə qoyun. Xəmirin gəlməsi yarım saat, yaxud saat yarım ala bilər, bu, otağın temperaturundan asılıdır. Xəmirin həcmi 1,5-2 dəfə qalxmalıdır.
Gəlmiş xəmiri ətləyin, un səpilmiş masada 7 mm qalınlıqda yayın. Təxminən 5x7 sm böyüklükdə doğrayın. Bunların üzərini dəsmalla örtüb 20-25 dəqiqə saxlayın.
Dərin tavanı orta itilikli ocağın üstə qoyun. İçinə bitki yağı töküb qızdırın (24 sm diametrli tava üçün təxminən 400-500 ml gərəkdir, pışkalar yağın içində üzməlidir).
Pışkaların hər iki üzünü qızardın. Yağının çəkilməsi üçün kağız salfetlərin üstünə qoyun. Üstünə şəkər pudrası səpin.
Tam soyuyandan sonra süfrəyə verin. Nuş olsun!