Kəsmikli zərf

Kəsmikli zərf

Tərkibi:Kəsmikli zərf

400 q kəsmik (5-9%)
200 q kərə yağı və ya marqarin
150 q şəkər tozu 
2 ç.q. qabartma tozu (və ya 1 ç.q. söndürülmüş soda)
300-350 q un

Hazırlanması:

Yağı 150 q şəkər tozu ilə yaxşıca qarışdırın. Kəsmik əlavə edib qarışdırın.
Qabartma tozu, un əlavə edib xəmir yoğurun. Xəmiri 3-5 mm qalınlıqda yayın.
8x8 sm ölçüdə kvadratlar kəsin. Hər kvadratın üzərinə şəkər tozu səpin. Sonra xəmiri zərf kimi bükün (bunun üçün onun diaqonal üzrə qarşı tərəflərini birləşdrin.)
Siniyə perqament döşəyin, yaxud da yağlayın. Zərfləri içinə düzüb 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. 

Nuş olsun!
Top