Bamiyə

Bamiyə

Tərkibi:Bamiyə
530 q əla növ buğda unu
240 q şəkər tozu
1 yumurta
120 q bitki yağı
0,5 ç.q. soda
5 q duz

Hazırlanması:
Una çay sodası və qaynar su əlavə edib xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır.
Xəmir ətçəkən maşından keçirilir. Lakin ətçəkən maşına bıçaq yerinə ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür.

Bamiyə bitki yağı fritüründə qızardılır, şəkər şərbətinə hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.
metbex. net dən
Nuş olsun!
Top