Sarımsaqlı toyuq

Sarımsaqlı toyuq

Ərzaqlar:
— 4 ədəd toyuq budu;
— 100 qram kərə yağı;
— 4 diş sarımsaq;
— 1 çay qaşığı duz;
— 1 çay qaşığı qara istiot;
— 1 çay qaşığı kəklikotu
— 1 xörək qaşığı maye yağ;

Hazırlanması:
Sarımsaqları soyub sürtgəcdən keçirin, tavada kərə yağını əridib sarımsaq, kəklikotu, duz və qara istiotu əlavə edin. Yüksək odda 1-2 dəqiqə qovurub, götürün. Sarımsaqlı qarışıq ilıq olanda toyuq budlarının üzərinə töküb qarışdırın və sobanın yağlanmış nimçəsinə düzdükdən sonra əvvəlcədən 175 dərəcə qızdırılmış sobada yarım saat bişirin. Nuş olsun!
Top