Günəbaxan salatı

Günəbaxan salatı

Tərkibi:
300 qr toyuq döş əti
400 qr konserv qarğıdalı
3 ədəd yumurta
200 qr konserv göbələk
200 qr kök
1 dəstə yaşıl soğan
Zeytun
Kartof çipsləri
mayonezi
duz
bitki yağı

Hazırlanması:
Kök qaynadılır,soyudulur və qabıqdan təmizlənir.
Toyuq əti xırda doğranır.
Bitki yağında 10 dəqiqə qovrulur.
Kök xırda göz rəndədən keçirilir.
Yumurta xırda göz rəndədən keçirilir.
Göbələk xırda doğranır.
Yaşıl soğan da xırda doğranır.
23 sm diametrlik qaba əvvəlcə toryu əti qoyulur, mayonezlənir.
Onun üzərindən kök qoyulur və mayonezlənir.
Kökün üzərindən göbələk qoyulur və mayonezlənir.
Göbələk üzərinə yaşıl soğan qoyulur.
Soğan üzərinə yumurta qoyulur və mayonezlənir.
Yumurtanın üzərinə qarğıdalı qoyulur və kanarları çipslə bəzədilir.
Salata Günəbəxan çiçəyi görünüşü vürmək üçün xırda pomidoru ikiyə bölüb xanımböcəyi düzəldə bilərsiniz. Pomidorun üstü xırdalanmış qara zeytunla bəzədilir.
Nuş olsun!
Top