Tərkibi:
2 st. un
1 st. su
1 ç.q. quru maya
1 ç.q. şəkər tozu
1 ç.q. duz
iri duz, razyana, yaxud keşniş toxumu (üstünə səpmək üçün, zövqə görə)
Hazırlanması:
Mayanı isti suda əridin. Duzu masanın üstünə ələyin.
Ortasında çuxur açın, mayalı suyu, duz və şəkəri oraya tökün.
Lazım gəldikcə un əlavə edərək yumşaq, elastik xəmir yoğurun. Üstünə qida plyonkası çəkin. 40 dəqiqə saxlayın.
Xəmiri diametri 4 sm qalınlıqda olan kolbasa halına salın. Sonra bu «kolbasanı» da 2 sm enində doğrayın.
Hər belə hissəni əlinizlə nazik uzun jqut halına salın. Sonra isə ortasından tutub spiral kimi bükün.
Bu qayda ilə xəmirdən qrissinilər hazırlayın. Yağlanmış siniyə bir-birindən 1 sm aralı olmaqla düzün.
Üstünə üyüdülmüş razyana, yaxud keşniş toxumu və ya iri duz səpin.
Orta istilikli sobada 15-20 dəqiqə bişirin. Nuş olsun!
P.S: Qrissini — şorba, bulyon, yaxud da qəhvə, süd və ya çayla çox dadlıdır.