Ətli lazanya

Ətli lazanya

Ərzaqlar:ətli lazanya
9-12 ədəd lazanya (xəmir qatları)
300 qram pendir

Bolonez Sousu üçün:
600-700 qram farş 
3-4 ədəd pomidor
2-3 ədəd soğan
2 dilim sarımsaq
reyhan, cəfəri
duz, istiot

Beşamel sousu üçün:
800-900 ml süd
80-100 qram yağ
4 x.q. un
Duz, istiot

Hazırlanma qaydası:

Bolonez Sousu hazırlamaq üçün: pomidorları yuyub, qabığını soyaraq, sürtkəcdən keçirin. 
Soğanı xırdalayıb, əzilmiş sarımsaqla qarışdıraraq, zeytun və yaxud bitki yağında 2-3 dəqiqə ərzində qovurun. Sonra üzərinə farş əlavə edib, qarışdıraraq, 5 dəqiqə ərzində bişirin. Daha sonra farşa sürtkəcdən keçirilmiş pomidor, duz, istiot səpərək qarışdırın, tavanın qapağını örtüb, vam odda 7-10 dəqiqə ərzində bişirin. Bundan sonra üzərinə xırdalanmış reyhan, cəfəri, qalmış sarımsaq əlavə edib, qarışdıraraq tavanın qapağını örtün. 
Ayrı tavaya kərə yağı qoyub, əridin. Sonra üzərinə un, qaynar süd əlavə edərək, Beşamel sousu hazırlayın.

Hazırlanmış Beşamel sousunun 3/1 hissəsini ayrıca qaba töküb, kənara qoyun. Yerdə qalan Beşamel və Bolonez souslarını biri-birinə qarışdırın. 
Böyük həcmdə qaynayan duzlu suda lazan (xəmir) laylarını 2-3 dəqiqə ərzində bişirin. (Bir dəfəyə iki xəmir layını bişirməyin).
Lazan laylarını qaynar suda çıxararaq, dərhal böyük qazanda və ya qabda soyuq suda (buzlu olsa daha yaxşıdır) qoyun. 
Bişirmək üçün xüsusi forma qabların dibinə Beşamel və Boloneze souslarının qarışığının 1/3 hissəsini tökün. Sousun üzərindən bişirilmiş lazana laylarını qoyun. Lazan layının üzərinə sousun bir hissısini də tökün və onun üzərindən sürtkəcdən keçirilmiş pendiri sıx şəklidə səpin. Sonra yenidən lazan laylarını düzün və üzərinə sousla pendir ovuntusu tökməyi təkrarlayın. Forma qabı dolana qədər bu şəkildə davam edin. Sonuncu üst layın üzərinə daha bir lazan layı qoyulur. Üst layın üzərinə Beşamel və Boloneze sousunun qalmış hissəsini əlavə edin.
Lazanı 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin. Hazır olmağına 5-10 dəqiqə qalmış üzərinə ovulmuş pendir tökün.
Hazır lazanı sobadan çıxarıb, 10-15 dəqiqə soyutmaq üçün kənara qoyun. Sonra hissələrə bölüb, yemək üçün süfrəyə verin.
Nuş olsun!
Top