Tuna balığı ilə dürmək

Tuna balığı ilə dürmək

Tərkibi: 

lavaş 
2 banka tuna konservi
1 banka qarğıdalı konservi
mayonez
1 avokado 
0,5 limonun şirəsi 
100 q ispanaq
duz
ədviyyat — zövqə görə

Hazırlanması:

İspanağı tərtəmiz yuyun.
Avokadonun qabığını soyun, saman kimi doğrayın, üzərinə limon şirəsi səpin. 
Tuna balığını qarğıdalı ilə qarışdırın, mayonez və zövqünüzə görə ədviyyat əlavə edin. 
Lavaşın üstünə lay-lay ispanaq, avokado, qarğıdalı ilə qarışdırılmış tuna balığını qoyub rulet kimi bükün. 
Süfrəyə verəndə doğrayın.

Nuş olsun!
Top