Hazırlanması:
Kokos qırıntıları — 100 qr.
Səkər tozu — 90 qr.
Yumurta ağı — 1 ədəd.
Alma puresi — 1 xörək qaşığı.
Yağlama üçün kərə yağı — 10 qr.
Hazırlanması:
1. Qabın içərisində kokos qırıntısını və şəkər tozunu qarışdırın.
2. Üzərinə yumurta ağı əlavə edin...
3.… sonra alma püresini əlavə edin.
4. Qabın içindəkiləri qarışdırın və qabı su hamamında 10 dəqiqə daima qarışdıra – qarışdıra saxlayın.10 dəqiqə müddətinə qabın içərisindəki çəkər tozu əriyəcək, alınmış kütlə yumuşaq və elastik olacaq.5. Alınmış kütlədən xırda pomidor ölçüsündə yumuru kündələr hzırlayın.
6. Sonra bu kürələrə konus forması verib, içərisinə yağlanmış kalka sərilmiş tavaya düzün.
7. Tavanı fırına yerləşdirib 220 dərəcədə 10 – 15 dəqiqə müddətində bişirin.Əgər bişən zaman peçenyenin üst tərəfi yanmağa başlasa onda üzərinə falqa sərin və eyni temperatur rejimində bişirməkdə davam edin.
8. Hazır “Piramida” peçenyesini soyudub süfrəyə verin.