Madlen peçenyesi

Madlen peçenyesi

Bu «fransız» peçenyesini miksersiz də hazırlaya bilərsiniz, o qədər rahatdır. Həmçinin peçenyeyə müxtəlif dadlı inqredientlər əlavə edə bilərsiz — şokoladdan tutmuş quru meyvə və qoz-fındığa qədər. Madlen pecenyesi

Tərkibi (24 ədəd):
140 q şəkər tozu
3 yumurta
1 x.q. vanilli şəkər 
100 q kərə yağı 
150 q un 
1 dolu x.q. nişasta 
0,5 ç.q. qabartma tozu
1/4 ç.q. duz
şəkər pudrası (üstünə səpməyə)

Hazırlanması:
Kərə yağını əridib bir kənara qoyun. 
Yumurtaları şəkər tozu və vanillə yüngülcə çalın (köpükləndirmək lazım deyil). 
Ərinmiş yağı əlavə edib qarışdırın. Nişasta, duz və qabartma tozu ilə birlikdə ələnmiş unu əlavə edib xəmir yoğurun. 
Xəmiri yağlanmış formalara tökün (qablar silikondursa, yağlamaq lazım deyil), qabın 3/4-nə qədər doldurun. 
200 dərəcə qızdırılmış sobaya qoyun, qızılı rəng alanadək, təxminən 10-12 dəqiqə bişirin. 

Hazır madlenləri soyudun, üzərinə şəkər pudrası səpin.
Top