Kokoslu peçenye

Kokoslu peçenye

Ərzaqlar:
1 ədəd yumurtanın ağı
1 xörək qaşığı şəkər tozu (pesok)
vanil
1 stəkan kakos

Hazırlanma qaydası:
1 yumurtanı götürürük sarsını ağından ayırırıq, bizə lazım olan ağ hissəsidir. Bir qaba yumurtanın ağını tökürük, üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. O vaxta qədər ki, həmin şəkər tozu və yumurta tam qarışsın, bir az da vanil əlavə edirik. Ardınca isə 1 stəkan kokos.

Kokosu əzmədən tam bir-birinə qarışana qədər qarışdırırıq. Sonra həmin qarışığı ovcumuzun içində istədiyimiz formaya salıb bir az sıxmaq lazımdır. Sonra zövqümüzə uyğun istəsək, üzərinə yumurtanın sarısından vura bilərik, istəsək də yumurtasız sadə şəkildə qaz sobamıza qoyub bişirə bilərik.  

Çox tez bişdiyi üçün nəzarət edin yanmasın. Cəmi 10-15 dəqiqəyə bişir. Əgər kokoslu peçenyenin üzəri 1 az qızarmışdırsa o deməkdir ki, peçenyemız hazırdır. Çalışın çox qızarmasın, çünki bu estetik cəhətdən pis görünə bilər.
Top