Tərkibi:
Banan – bir ədəd
Üzüm –bir salxım
Gavalı – üç ədəd
Narıngi (mandarin) – iki ədəd
Kivi — iki ədəd
Alma – bir ədəd (böyük)
Dondurma – 200 – 300qr
Xirdalanmış qoz ləpəsi – 4 xörək qaşığı
Şəkər kirşanı – zövqə görə
Nanə yarpağı – bəzək üçün
Hazırlanması:
Banan və kivinin qabığını təmizləyib eyni ölçüdə dördkünc şəkildə doğrayın.
Gavalını yuyun və tumunu çıxartdıqdan sonra eyni şəkildə doğrayın.
Narıngini və almanı təmizləyin və bu meyvələri də dördbucaqlı şəklində doğrayın.
Üzümü yuyun və dən – dən ayırın.
Bütün hazirladığınız meyvələri dərin salat qabında qarışdırınüstünə şəkər kirşanı səpin.
Sonra bu kütləni şəkildəki kimi gözəl krem qablarında yerləşdirin və üzərinə dondurma əlavə edib süfrəyə verin.
Nuş olsun!