Tərkibi:
xəmir:
4 yumurta
2 st. 10-15%-li xama
2 st. şəkər tozu
1,33 st. mannı yarması
1,5 ç.q. söndürülmüş soda
3 x.q. kakao
krem:
350 q kərə yağı
1 banka qatılaşdırılmış süd (8,5%-li)
qlazur:
4 x.q. şəkər tozu
3 x.q. kakao
2 x.q. süd
70 q kərə yağı
qoz (istəyə görə)
xaş-xaş (istəyə görə)
Hazırlanması:
Şəkər tozu, xama, yumurta, söndürülmüş sodanı çalın. Tədricən mannını əlavə edin.
Xəmiri iki bərabər yerə bölün, birinə kakao və xırdalanmış qoz (və ya xaş-xaş) qatın. Əlavələri sevmirsinizsə, yalnız kakao qatın. Hər hissədən iki korj bişirin (cəmi 4 korj: ikisi ağ, ikisi kakaolu).
Sinini yağlayın. Siniyə tökməzdən əvvəl xəmiri bir də qarışdırın, çünki mannı dibə çökür.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.
Bu qayda ilə 4 korj bişirin.
Krem: yumşaldılmış kərə yağını qatılaşdırılmış südlə çalın.
Qlazur: şəkər tozu, yağ, süd və kakaonu qarışdırıb ocağın üstünə qoyun. Qarışdırın, qaynara düşəndən sonra vam odda daha 5 dəqiqə bişirin. Soyudun.
Korjlara şərbət hopdurun (1:1 nisbətində su və şəkər tozu, həmçinin konyak əlavə edə bilərsiniz, həmçinin mürəbbə suyuna süd qatıb ondan da istifadə edə bilərsiniz).
Şərbət korja hopandan sonra üzərinə krem çəkin. Rənglərini növbələməklə və aralarına krem çəkməklə korjları üst-üstə qoyun. Kənarına krem çəkin.
Üst qatına krem çəkməyin, qlazur tökün. Üstünü zövqünüzə görə bəzəyin. Məsələn, ağ kremin qalanını şprisə doldurub tortun üstünə zolaqlar çəkin, sonra isə kibrit və ya diş çöpü ilə sağa-sola hərəkət etdirin, qəşəng naxış alınacaq.
Nuş olsun!