Bananlı Eskimo

Bananlı Eskimo

Tərkibi: 
2 banan 
100 q şokolad
1 st. qovrulmuş araxis

Hazırlanması:
Bananları 3-4 yerə bölün.
Şokoladı su hamamında, yaxud mikrodalğalı sobada əridin.
Araxisi qovurun, bir qədər iri doğrayın. 
Hər banan kəsiyinə bir taxta çubuq keçirin. Şokolada, sonra isə araxisə batırın. Soyuducuya qoyun. 
Şokolad bərkiyəndə çıxarıb yemək olar.
Nuş olsun!
Top