Ananas salatı

Ananas salatı

Tərkibi: ananas salatı
1 ananas
1-2 banan
1 portağal 
1-2 kivi
1 alma 
qoz, fındıq, sidr qozası, araxis və s. 

Üstü üçün: 
şəkər pudrası və ya yoqurt 

Hazırlanması:
Ananası uzununa iki yerə bölün. İçini çıxarın. Bərk olan hissəsini atın, lətini kubik doğrayın. Bananı, kivini, almanı kubik doğrayın. Portağalı təmizləyin, pərdələrini artlayıb xırda doğrayın. Bunları qoz-fındıq (iridirlərsə, xırdalamalı) qarışdırıb ananasdan düzəltdiyiniz «qab»ın içinə yığın. Üzərinə şəkər pudrası səpin və ya yoqurt gəzdirin. Həmçinin üzərinə likör və ya şərab da çiləyə bilərsiniz. 

Nuş olsun!
Top