Kələm turşusu

Kələm turşusu

Kələm şorabasını hazırlamaq üçün çox da böyük olmayan kələmlər seçilir. Onun üst qatı, özəyi çıxarılır.
Dörd yerə bölünür, çəlləklərə yığılır, üstündən taxta parçası ilə basılır və duzlu su (1litr suya 400 qram duz) tökülür.
Elə etmək lazımdır ki, duzlu su taxta parçasını örtsün. Kələmə xoş rəng vermək üçün onun içinə dilim-dilim kəsilmiş qırmızı çuğundur əlavə edilir.
Turşumanı sürətləndirmək üçün çəlləyə bir neçə sütül qarğıdalı parçası qoyulur. Bir neçə gündən sonar çəlləyin suyundan götürməyə başlayırlar.
Çəlləyin suyundan iki həftə ərzində günaşırı götürülür. Turşuma qurtarandan sonar suyun üzərinə bir neçə ovuc təmiz yuyulmuş arpa tökülür. Arpa cücərir və kələmin üstünü kif bağlamaqdan qoruyur.
Çəlləkdən kələm götürmək istədikdə üstdəki səməni qatının bir qatı qaldırılır, kələm götürülür. Duzlu kələm çəlləyi üstdən möhkəm örtülməlidir.
Top