Nar salatı

Nar salatı

Tərkibi:nar salatı
3 ədəd yerkökü
3 ədəd kartof
2 ədəd kiçik və ya 1 ədəd iri çuğundur
3 ədəd yumurta
1 stəkan qoz ləpəsi — xırda-xırda doğranmış
2 ədəd sümüksüz, dərisiz toyuğun döş əti
mayonez (istəyə görə mayonezi xamayla qarışdırmaq da olar)
duz
istot
nar dənələri (təxminən 1 iri nardan)

Hazırlanması:
Yerkökü, kartof, çuğundur (ayrı qazanda) və yumurtanı suda bişirin. Sürtkəcin iri gözündən keçirib ayrı-ayrı qablara yığın. Ayrı qazanda bir az duz salınmış suda toyuq ətini də bişirib, əlinizlə didin.
İri yastı qabın ortasına su stəkanı qoyun. Ərzaqları bu stəkanın ətrafında bu ardıcıllıqla yayın:
1. kartof
2. mayonez (təxminən 2 x. qaşığı)
3. çuğundurun yarısı
4. mayonez
5. yerkökü
6. mayonez
7. qoz
8. toyuğun yarısı
9. mayonez
10. yumurta
11. mayonez
12. qalan toyuq
13. mayonez
14. qalan çuğundur
15. mayonez
Axırda mayonezi salatıın hər tərəfinə çəkin. Üstünə və kənarlarına nar dənələri səpin və əlinizlə yüngülvari basın ki, yapışsınlar. Bir neçə saatlıq soyuducuya qoyun.
Qeyd: arada layları duzlayın, amma çox deyil, çünki mayonez duzlu olur.
Top