Ərzaqlar:
1 st.un
120 qr marqarin
4 ədəd yumurta
1 st.su
xörək duzu
Şokolad sosu
Hazırlanması:
Bir qaba su, marqarin və duz qoyulub qaynadılır. Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır. Kütlə halına gələndən sonra ocağın üstündən götürülür. Xəmirin 5 dəqiqə soyuması lazımdır ki, yumurtalar içində çırpılarkən bişməsin. Sonra yumurtalar əlavə edilərək qarışdırılır. Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış sobanın listinə düzülür. Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir. Sonra eklerlerin üzəri, ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir.
Nuş olsun!