Ərzaqlar:
2 stəkan (180 q) kraker (peçenye) – ovulmuş
100 q kərə yağı – əridilmiş (ərinmiş deyil)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
Çizkeyk üçün:
3 paçka (toplam 700 q) krem-pendir (cream cheese) – otaq hərarətində
1 stəkan (210 q) şəkər tozu
3 iri yumurta – otaq hərarətində
1 stəkan (230 q) qaymaq (rusca: slivki)
1 xörək qaşığı təzə sıxılmış limon suyu (portaqal suyu da ola bilər)
1 xörək qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
1 xörək qaşığı Amaretto likyoru (zəruri deyil)
Üstü üçün:
2 stəkan (450 q) xama
¼ stəkan (60 q) şəkər tozu
½ çay qaşığı vanilya ekstaktı və ya bir çimdik vanil tozu
nazi-nazik dilimlənmiş çiyələk
Hazırlanması:
Sobanı 180Cdək qızdırın. Çaydanda su qaynadın – lazım olacaq.
Qazmaq ərzaqlarını bir qabda qarışdırın. Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki, su keçirməsin (tort su hamamında bişəcək). Formanın dibinə qazmağı töküb barmaqlarınızla basın ki, yaxşıca yapışsın. Formanı kənara qoyun.
İri qabda krem-pendir və şəkər tozunu mikserlə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib, çalın. Qaymaq, vanilya, limon suyu və əgər istifadə edirsinizsə, Amaretto likyorunu da əlavə edib krem halına gələnədək çalın.
Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün. Ayrı, kənarları hündür formaya qaynatdığınız suyu tökün. Çizkek olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının ortasına qədər gəlməlidir.
Çizkeyki 50 dəqiqə ərzində isinmiş sobada bişirin. Bişən keyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə, tortun ortası bir az titrəyəcək, və bu da normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın – qoyun çizkeyk orada 30 dəqiqə müddətində soyusun.
Bu vaxt ərzinsə tortun üstünü hazırlayın. Bir qabda xama, şəkər tozu, vanilyanı qaşıqla qarışdırın. Çizkeyk sobada 30 dəqiqə qaldıqdan sonra, onu oradan çıxardıb hazırladığınız xammalı qarışığı onun üstünə yayın. Çizkeyki sobaya geri qoyun (soba sönmüş olmalıdır- yaddan çıxartmayın!).
Yarım saatdan sonra çizkeyki sobadan çıxardın və soyuması üçün kənara qoyun. FORMADAN ÇIXARTMAYIN!!! Bir az soyuduqdan sonra üstünü örtüb soyuducuya qoyun. Orada bir gecə qalsın.
Sabahı gün formanın kənarlarını çıxardın. Formanın altı isə qalsın. Süfrəyə verməzdən əvvəl tortun üstünü çiyələk dilimləri ilə bəzəyin. İstəyə görə nanə yarpaqları da səpilə bilər.
Nuş Olsun!