Tərkibi:
500 q toyuq filesi
400 q əridilmiş pendir
150 q düyü
400 q kartof
150 q yerkökü
150 q baş soğan
duz
istiot
göyərti
Hazırlanması:
Toyuq filesini yuyub-təmizləyib, üzərinə 3 l su tökün, duz, istiot vurub hazır olanadək bişirin (qaynara düşəndən sonra təxminən 20 dəqiqə). Sonra qazandan çıxarın. Bulyona düyü töküb 10 dəqiqə bişirin.
Soğanı xırda-xirda doğrayın. Yerkökünü sürtgəcin xırda gözündən keçirin. Kartofu təmizləyib yuyun, kubik-kubik doğrayın. Əti də xırdalayın. Kartofu bulyona əlavə edin. Sonra soğanı və kökü əlavə edib 5-7 dəqiqə qaynadın. Əti də əlavə edib kartof tam bişənə qədər qaynadın. Pendir əlavə edib qarışdırın, ocaqdan götürün.
Süfrəyə verərkən üstünə doğranmış göyərti səpin.