Ərzaqlar:
Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ — zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı — otaq temperaturunda yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun
Üstü üçün:
1 ədəd yumurtanın sarısı
Harızlanması:
Sobanı 190Cdək qızdırın. İri listin dibini azacıq yağlayın. Orta ölçülü qabda un, duz və qabartma tozunu qarışdırın. İri qabda yağları, sirkə və qatığı qarışdırın. Qoz və zeytunu əlavə edib, yenidən qarışdırın.
Unlu qarışığı da buraya əlavə edib, xəmir yoğurun. Xəmir ələ yapışırsa, bir az da un əlavə edib yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ yapışmamalıdır. Xəmirdən qozdan bir qədər iri parçalar ayırıb, kündələyin. Topları listə düzün. Üstlərinə yumurta sarısı çəkin. Sobada qızaranadək, təxminən 40 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl soyudun.
Nuş olsun!