Turşu kauçuk qablardansa çəlləkdə ya şüşə balonlarda qoyulsa keyfiyyətini itirməz.
3litirlik balon üçün;
Ərzaqlar:
Kələm – 2kq
Rəngli bibərlər – 1kq
Noxud – 10 ədəd
Qara istiot – 10ədəd
Dəfnə yarpağı
Sarımsaq- bol
Acı bibər – 5ədəd
Limon – 2ədəd
Kərəviz -1 dəstə
Cəfəri – 1dəstə
Duz – 15 xörək qaşığı
Üzüm sirkəsi – 3stakan
Su – 3 litr
Hazırlanması:
Məhsullar təmiz yuyulur. Kələm, bibərlər doğranılır. Arasına məhsullar yığılır. Qıraqda isti halda duzlu su hazırlanır. Iri duzun əriməsi üçün su isti olmalıdı. Duzlu su balonun ağzına kimi tökülür, ağzı möhkəm bağlanılır və ağzı aşağı çevirib bir neçə saat saxlanılır. 2 həftədən sonra turşu hazırdı.
Duz -1 litrə suya 5 xörək qaçığı götürülür.
Sirkə -1 litr suya 1 stakan götürülür. Sirkə evdə hazırlanan üzüm sirkəsi olsa, turşu daha keyfiyyətli olar.