Kakaolu qurabiyə

Kakaolu qurabiyə

Tərkibi:kakaolu qurabiyə
2 stəkan un
yarım stəkan şəkər kirşanı (pudrası)
1/3 stəkan şirinləşdirilməmiş kakao tozu
1 xörək qaşığı qarğıdalı nişastası
1/4 çay qaşığı duz
115 qram soyuq kərə yağı – xırda-xırda doğrayın
yarım stəkan doğranmış quru albalı
1/3 stəkan buz kimi soyuq su
1/4 çay qaşığı vanil ekstraktı (vanilla extract)

Hazırlanması:
İri qabda un, şəkər kirşanı, kakao tozu, nişasta və duzu qarışdırın. Kərə yağını əlavə edib çəngəllə kütlə ləpə boyda komalar halına gələnədək döyün. Üzərinə quru albalını əlavə edin, qarışdırın.

Ayrı qabda su və vanil ekstraktını qarışdırın. Sonra bu qarışığı tədricən unlu qarışığa əlavə edin və çəngəllə qarışdırın. Xəmir bir qədər yapışqan olacaq. Bu normaldır.
Alınan xəmiri mətbəx selofanına (plastic wrap) qoyun və bükün. Sonra əlinizlə xəmirə uzunsov şəkil verin (eyniylə kolbasa kimi). “Kolbasa”nın uzunluğu 30 sm olmalıdır. Onu sellofana yaxşıca sarıb konfet kimi kənarlarını bükün. Qoyun soyuducuda ən azı 1 saat qalsın. Nə qədər çox qalsa, o qədər yaxşıdır. Xəmir bir az bərkiyəcək.

Sobanı 175C-dək qızdırın. İri listin dibinə kalka kağızı sərin.

Xəmiri soyuducudan çıxardın və1.2 sm qalınlığında dairələrə doğrayın. Dairələrin şəkli əzilsə, əlinizlə düzəldin. Qurabiyyələri listə 5 sm aralıqla düzün. 15 dəqiqə ərzində bişirin. Hazır qurabiyyələrin üstü bir qədər yumuşaq qalmalıdır (elə biləcəksiniz ki, bişməyiblər, amma əslində bişiblər). Sobadan çıxardın. Qoyun listdə soyusunlar. Bu müddət ərzində qurabiyyələrin üstü bir az bərkiyəcək.  Nuş olsun!
Top