Göbələkli ət ruleti

Göbələkli ət ruleti

Göbələkli ət ruletiTərkibi:
500 q mal əti
300 q göbələk
200 q soğan
150 q mayonez və ya xama
150 q ketçup və ya tomat pastası
duz
istiot
bitki yağı

Hazırlanması: 
Soğanı xırda-xırda doğrayın. Sonra, göbələyi təmizləyib xırda-xırda doğrayın. Soğanı qızardın. Göbələk əlavə edib duz, istiot vurun, hazır olanadək bişirin (təxminən 20 dəqiqə).
Əti doğrayın, döyün. Azca duz, istiot vurun. Göbələyi içinə qoyub rulet kimi bükün, diş çöpü ilə bərkidin.
(Ruletləri bitki yağında qızarda bilərsiniz.)
Mayonezi tomat pastası və ya ketçupla qarışdırın. Ruletləri siniyə düzün, üzərinə mayonezli sous töküb sobaya qoyun. 180 dərəcədə 30-40 dəqiqə bişirin.

Top