Təndir çörəyi

Təndir çörəyi

1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd

 

1. Bir kasaya ilıq su qoyub, quru mayanı bu suda həll edin.
 

2. İri kasaya unu ələyin. Duz əlavə edib qarışdırın. Sonra una mayalı sulu əlavə edib əlinizlə qarışdırın.
 

3. Alınan kütləni az unlanmış masa və ya taxtaya qoyub, təxminən 8-10 dəqiqə ərzində xəmir yoğurun. Hazır xəmir elastik və hamar olmalı, və çəx bərk olmamalıdır.
 

4. Xəmirə kündə şəkli verib, kasaya geri qoyun. Üstünü dəsmalla örtüb xəmirin gəlməsi üçün isti yerə qoyun.
 

5. Xəmir təxminən  1 ½ — 2 saata gələcək.
 

6. Gəlmiş xəmirin üstünə əlinizlə basın ki, yığılmış qaz çıxsın.
 

7. Masa və ya taxtaya bir az un səpin. Əvvəlcə xəmiri əlinizlə yastıladıb, ona oval şəkli verin. Sonra isə ovalın bir küncündən başlayaraq, oxlovla xəmiri 1.3 cm qalınlığı, 35cm uzunluğu və 20cm genişliyi olan ovala açın.
 

8. İri listin üstünü bir az yağlayın və un səpin (əgər altı-yapışmaz — non-stick — listdən istifadə edirsinizsə, onu yağlamağa gərək yoxdur). Yaydığınız xəmiri ehmallıca listə yerləşdirin.  Qoyun xəmir listdə 15 dəqiqə istirahət etsin.
 

9. Sobanı 200C-dək qızdırın.

10. İti bıçaqla xəmirin üstündə dayaz ala-çarpaz zolaqlar edin (şəkildə gördüyünüz kimi). Çörəyin səthinə yumurta sarısı sürtüb, xaş-xaş və ya küncüd səpin.
 

11. Qızdırılmış sobanın orta rəfində 20-25 dəqiqə ərzində, və yaxud üstü qızaranadək bişirin. Nuş Olsun!
 

Mənbə: AZCookbook.com 

 

Top