Bir günün menyusu

Bir günün menyusu

Kələm və badımcanlı qəlyanaltı

  • 250 q kələm
  • 2 ədəd badımcan
  • 2 baş soğan
  • 1 ədəd yumurta
  • 200 q pendir
  • 2 ədəd kök
  • 1 ədəd bibər
  • 4 diş sarımsaq
  • 50 ml bitki yağı
  • 250 q bişmiş balıq
  • Cəfəri
  • Üyüdülmüş istiot
  • Duz
Soğanın birini həlqə şəklində, o birisini eləcə də sarımsaq və bibəri xırda- xırda doğrayın. Kök və pendiri sürtgəcdən keçirin. Badımcanları dilimləyib bitki yağında qızardın. Kök, bibər və doğranmış soğanı 3-5 dəqiqə buğda bişirib üzərinə 2 diş sarımsaq və 20 q mayonez əlavə edin. Pendiri qalan sarımsaq və mayonezlə qarışdırın. Soyutma yumurtanı və balıq ətini dilimləyin. Badımcan dilimlərinin bir hissəsinin uzərinə pendirli qalanına isə tərəvəzli qarışığı qoyub rulet kimi bükün. Kələmi balıqla qarışdırıb istiotlayın. Kələm və badımcanlı ruletləri boşqabda yerləşdirib fal soğan, yumurta dilimləri və cəfəri ilə bəzəyin.

Çəkibalığı, pomidor və düyülü şorba


  • 600 q çəkibalığı
  • 5 ədəd pomidor
  • 150 q düyü
  • Cəfəri
  • Dəfnə yarpağı
  • Yumru istiot
  • Döyülmüş istiot
  • Duz
Balığı təmizləyib, doğradıqdan sonra üzərinə soyuq su əlavə edib vam odda qaynadıb 15 dəqiqə ərzində bişirin. Bulyona yumru istiot və dəfnə yarpağı vurub 5-7 dəqiqə də bişirin. Balığı bulyondan çıxarın. Pomidorları yuy ub üstündən qaynar su çəkin və qabığını soyub həlqə şəklində doğrayın. Bulyona düyü əlavə edib 15 dəqiqə bişirin. Sonra onun üzərinə pomidor, istiot əlavə edib 5 dəqiqə də bişirin. Şorbanı süfrəyə boşqablarda balıq və cəfəri ilə birgə verin.

Ananas və qara gavalı ilə toyuğun döş əti


  • 3 ədəd toyuğun döş əti
  • 200 q konservləşdirilmiş ananas
  • 50 q qara gavalı
  • 30 q qoz
  • Kahı
  • Duz
Toyuğun döş ətini duzlu suda bişirdikdən sonra onu sümüyündən ayırın. Əti dərin tavada yerləşdirdirib üzərinə qaynar bulyon tökün. Buraya qara gavalı əlavə edərək, 5 dəqiqə buğda bişirin.
Ananası doğrayıb ət, qara gavalı və qozla qarışdırıb, kahı yarpaqları ilə birgə boşqabda süfrəyə verin. Üzərinə isə toyuq bulyonunu səpin.

İsti çaylı kokteyl


  • 1 çay qaşığı qara çay
  • 1 /4 stəkan albalı şirəsi
  • 1 / 4 ədəd alma
  • 1 xörək qaşığı şəkər tozu
1 /2 stəkan suyu qaynadıb çay dəmləyin. Sonra dəmli stəkanın ağzını örtüb 5 dəqiqə saxlayın. Almanı dilimləyin. Qazana 1 /2 stəkan su tökün və buraya şəkər əlavə edib qaynadandan sonra kənara qoyun. Dəmi süzün. Su və şəkərdən ibarət qarışığın üzərinə dəmi, alma dilimlərini, albalı şirəsini əlavə edərək qarışdırın və süfrəyə verin.

Mənbə: Anspress.com
Top