Nektarin tortu

Nektarin tortu

Lazım olanlar

Şəkərli xəmir üçün:

Un — 600 q

Kərə yağı — 400 q

Şəkər kirşanı — 200 q

Yumurta — 1 ədəd

Duz — bir çimdik

İçlik üçün:

Un — 60 q

Kərə yağı — 20 q (əridilmiş)

Nektarin (tüksüz şaftalı) — 2 ədəd

Martsipan — 120 q

Şəkər kirşanı — 160 q

Yumurtanın ağı — 7 ədəd

Hazırlanma qaydası

Şəkərli xəmiri hazırlamaq üçün:

1.     Otaq temperaturunda yumşaldılmış kərə yağı və şəkər kirşanı mikserlə ağaranacan çalınır.

2.     Çalınmış kütlənin üzərinə yumurta əlavə edilir və yenidən mikserlə çalınır.

3.     Qarışığa un və duz əlavə olunaraq əl ilə xəmir yoğrulur və 10 dəq. soyuducuda saxlanılır.

İçliyi hazırlamaq üçün:

4.     Martsipan və şəkər kirşanı mikserlə çalınır.

5.     Kütlənin üzərinə yumurta ağı az-az əlavə edilərək yenidən mikserlə çalınır.

6.     Kərə yağı əridilir və ilıq halda qarışığın üzərinə əlavə olunub bir də mikserlə çalınır.

7.     Alınan kütlənin üzərinə un əlavə edilir və taxta qaşıqla qarışdırılır.

8.     Şaftalının qabığı soyulmadan dilimlərə bölünür.

9.     Yağlanmış, unlanmış formaya xəmir yayılır, üzərinə içlik qoyulur, şaftalı dilimləri üzü yuxarı düzülüb qabaqcadan 180 dərəcəyədək qızdırılmış sobada 35 dəq. bişirilir.

a. Martsipan bütün super marketlərdə satılır.

b. Un öncədən ələnir.

Mənbə: Bizim Mətbəx jurnalı (Fatiyev Company)
Top