İnternetin Atası

İnternetin Atası

Bu gün internetdən yararlana biliriksə, bunu o şəxsə borcluyuq. Hansı ki, 1970-ci illərdə universiteti yeni bitirmiş bu gənc interneti bu gün istifadə edə biləcəyimiz bir hala gətirdi. Sohbət tanınmış riyaziyyat mühəndisi Vint Serfdən gedir.
O, doğuşdan qulaqları eşitməyən Carinneye aşiq oldu. Carinne kimsəylə ünsiyyət qura bilmir, telefonla belə danışa bilmirdi. California Universiteti Riyaziyyat Mühəndisliyinde kompüterlərarası məlumat transferiylə məşğul olan Cerfin tək istəyi həyat yoldaşını xoşbəxt etmək idi. Vint Serfdən
İnternet, o zamanlar hərbi məqsədlərlə istifadə edilən bir sistem idi. Vətəndaşların istifadə edə bilmədiyi internet, qısa müddət ərzində 200 ayrı-ayrı vətəndaş və təşkilatlara yayıldı. Cerf interneti inkişaf etdirən elm adamları arasında idi. Ancaq o daha əhəmiyyətli bir şey etdi və interneti həyat yoldaşının da istifadə edə biləcəyi bu günki halına gətirdi.
Serf: — Ən çox həyat yoldaşım sevindi...
Əgər bunu etməmiş olsaydı, ucsuz-bucaqsız dünyada kimsə istədiyi məlumata çata bilməzdi.
«Bu gün, həyat yoldaşım artıq universitetdə oxuyan oğlumuzla belə internet yoluyla danışa bilir. Kim bilər bəlkə də interneti həyat yoldaşımı xoşbəxt edə bilmək üçün icad etmişəm» — deyə sözlərinə əlavə edib.
O, bu gün dünyada Amerikan komputer alimi, başqa sözlə desək "İnternetin atası" adı ilə tanınır.

 
Müəllif: Əhmədova Sevinc
Top