internet aləmi kateqoriyası üzrə məqalələr

İnternetin Atası

Bu gün internetdən yararlana biliriksə, bunu o şəxsə borcluyuq. Hansı ki, 1970-ci illərdə universiteti yeni bitirmiş bu gənc interneti bu gün istifadə edə biləcəyimiz bir hala gətirdi. Sohbət tanınmış riyaziyyat mühəndisi Vint Serfdən gedir.
O, doğuşdan qulaqları eşitməyən Carinneye aşiq oldu. Carinne kimsəylə ünsiyyət qura bilmir, telefonla belə danışa bilmirdi. California Universiteti Riyaziyyat Mühəndisliyinde kompüterlərarası məlumat transferiylə məşğul olan Cerfin tək istəyi həyat yoldaşını xoşbəxt etmək idi.
Davamı →

İnternetdən pul qazanmaq

nternetdən pul qazanmaq istəyən təşəbbüskarlar, inkişaf edən texnologiyanın ön plana çıxan bəzi investisiya fürsətlərindən istifadə edirlər. Burada, hər kəs tərəfindən popluyar görülən və ön plana çıxan bəzi iş fürsətlərini sizə təqdim edirik. İnternet texnologiyası, inkişaf etməklə birlikdə, istifadəçilər tərəfindən də çox gəlir gətirən bir iş sektoru kimi qəbul edilir.
Davamı →

E-ticarət. E-ticarətin növləri və üstünlükləri

E-ticarət, kompüter şəbəkələrinin köməyi ilə həyata keçirilən bütün maliyyə və ticarət əməliyyatlarını, bundan əlavə belə əməliyyatlar aparılmasına aid biznes proseslərini əhatə  edən iqtisadiyyatın bir sahəsidir və biznes qurmaq üçün qlobal kompüter şəbəkəsi texnologiyalarının istifadəsini nəzərdə tutur. Müasir biznesdə yaranan demək olar ki, bütün prosesləri tək bir sistem halında birləşdirməyə imkan verir. E-ticarət internet vasitəsilə məhsul və ya xidmətlərin satışı və satın alınmasıdır.
Davamı →

Faylların elektron poçtla göndərilməsi

Elektron poçt ənənəvi poçtdan daha əlverişlidir. Məlumatı günün istənilən zamanında göndərə və bir neçə dəqiqəyə cavab ala bilərsiniz. Elektron poçt bir neçə saniyəyə ünvanına çatır. Məhz bu səbəbdən, adətən, ənənəvi poçtu “ilbiz poçtu” (snail mail) adlandırırlar. Məktub göndərilən zaman adresatın kompüteri İnternetə bağlı olmasada, sonradan poçt qutusunu yoxladığı zaman həmin məktubu alacaq. Bundan başqa, elektron poçt pulsuzdur, yəni onun göndərilməsi üçün nə markaya, nə də əlavə ödənişə gərək var. Adresatın harada yaşamasının da heç bir önəmi yoxdur.
Davamı →

Şəbəkədə kompüterlərin ünsiyyəti

İnsanlar ünsiyyət üçün çox zaman şifahi nitqdən istifadə edirlər. Ancaq belə birbaşa ünsiyyət yalnız həmsöhbətlər bir yerdə olduqda mümkündür. İndi tutaq ki, başqa bir yerdə (şəhərdə, ölkədə) yaşayan tanışınıza hansısa məlumatı çatdırmaq istəyirsiniz.
Bu halda müəyyən hərəkətlərsiz keçinmək mümkün deyil: mətni kağız vərəqinə yazmaq, onu imzalamaq, zərfə qoymaq, zərfin üzərində göndərən və alanın ünvanlarını göstərmək, marka yapışdırmaq və poçtalyona vermək (yaxud poçt qutusuna atmaq) lazımdır.
Davamı →

Sosial şəbəkədən qorxan ölkələr

İnterneti yasaqlayan 12 ölkənin siyahısına nəzər yetirək: Səudiyyə Ərəbistan, Cənubi Koreya, Tunis, Misir, İran, Suriya, Vyetnam, Kuba, Çin, Özbəkistan, Myanmar, Türkmənistan.
Məhdudlaşdırmalar adətən bir neçə həftə ilə məhdudlaşır. Amma Çin və İran nümunələrində olduğu kimi, bəzən 3-4 il boyunca davam edə bilir. Məhdudlaşmaların daimi olduğu tək ölkə isə Cənubi Koreyadır. Sosial mediaya qapılarını daim qapadan Koreyada bu vəziyyətin dəyişməyəcəyi təxmin edilir.
Davamı →

Süni intellekt

Robotlar haqqında nə bilirsiniz?
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?
Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika (robotics) olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.
Davamı →

İnformasiya sistemlərinin təsnifatı

İnformasiya sistemləri vasitəsilə həll edilən məsələlərin rəngarəngliyi çoxlu sayda müxtəlif növ sistemlərin yaranması ilə nəticələnmişdir. Bu sistemlər həm quruluş prinsipləri, həm də informasiyanın emalı qaydaları baxımından bir-birindən fərqlənir. Ona görə də informasiya sistemlərini bir sıra fərqli əlamətlərə görə təsnif etmək olar; məsələn: arxitekturaya, avtomatlaşdırma dərəcəsinə, tətbiq sahəsinə və başqa əlamətlərə görə. Gəlin bu təsnifatlardan biri — informasiya sistemlərinin tətbiq sahəsi, yaxud təyinat üzrə növləri ilə yaxından tanış olaq.
Davamı →

Qunnar Panke: “Nar” bazarda rəqabətədavamlılığını və mövqeyini daha da gücləndirəcək

«Azerfon»un («Nar» ticarət nişanı) baş icraçı direktoru Qunnar Pankenin Trend-ə 11.08.2018 tarixli müsahibəsi
— İlk növbədə, Azərbaycanın telekommunikasiya bazarı haqqında düşüncələrinizi öyrənmək istərdik. Hansı dəyişiklikləri qeyd edərdiniz və bu dəyişiklikləri hansı amillər şərtləndirib?
Azərbaycanın telekommunikasiya bazarındakı trendlər dünya üzrə müşahidə etdiklərimizlə demək olar ki eynidir. Burada telekommunikasiya bazarının inkişafının sürətləndirilməsinə dəstək olaraq müəyyən işlər görməyimiz məni çox fərəhləndirir.
Davamı →

“Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir

“Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına müsahibəsi
1.Cənab Panke, hazırda biz Azərbaycanın telekommunikasiya bazarında güclü rəqabətin olduğunu müşahidə edirik. Bazarda dörd mobil operator fəaliyyət göstərir və onların hər biri bazarda paylarını qoruyub saxlamağa, mümkün qədər artırmağa çalışır. “Nar”ın bu mənada strategiyası nədir?
-Son iki ildə “Nar” bu rəqabətdən açıq şəkildə kənarlaşaraq fərqli yanaşma tətbiq edib. Biz öz diqqətimizi yalnız müştərilərimizin ehtiyaclarına yönəltmişik. Bu strategiyaya uyğun fəaliyyət göstəririk və bunu gələcəkdə də davam etdirəcəyik. İcazə verin bu strategiyanın tərkib hissəsi barədə daha ətraflı məlumat verim.İşimiz telekommunikasiya ilə bağlı olduğundan müştərilərimizbizdən ən müasir texnologiya və şəbəkə xidmətlərini hansı şəkildə təqdim edəcəyimizigözləyir və bunu təmin etmək gücündə olduğumuzu bilir. Şəbəkəmizin keyfiyyəti çox yaxşıdır. Təklif etdiyimiz geniş əhatəli şəbəkə Qərb ölkələri səviyyəsindədir. Müştərilərimiz hazırda keyfiyyətli şəbəkədən faydalanırlar
Davamı →
Top