Sosial şəbəkədən qorxan ölkələr

Sosial şəbəkədən qorxan ölkələr

İnterneti yasaqlayan 12 ölkənin siyahısına nəzər yetirək: Səudiyyə Ərəbistan, Cənubi Koreya, Tunis, Misir, İran, Suriya, Vyetnam, Kuba, Çin, Özbəkistan, Myanmar, Türkmənistan.
Məhdudlaşdırmalar adətən bir neçə həftə ilə məhdudlaşır. Amma Çin və İran nümunələrində olduğu kimi, bəzən 3-4 il boyunca davam edə bilir. Məhdudlaşmaların daimi olduğu tək ölkə isə Cənubi Koreyadır. Sosial mediaya qapılarını daim qapadan Koreyada bu vəziyyətin dəyişməyəcəyi təxmin edilir.
BANGLADEŞ-Ölkənin qabaqda gedən partiyalarından olan Avami Ligi Facebok-u 30 may 2010-cu ildə yasaqlandı. Səbəb olaraq dinsizliyi təşviq edən statusların, məzmunun yayılması idi Sözügedən məzmunların aradan götürülməsindən sonra facebook 2010-cu ilin 5 iyununda bərpa olundu.
ÇİNSosial şəbəkələr-2009-cu ildə ölkədə meydana gələn etiraz aksiyalarında xəbərləşmə vasitəsi kimi Facebook-dan istifadə edilməsi saytın öz fəaliyyətini dayandırmasına səbəb oldu. 30 avqust 2013-cü ildə Çində facebook yasağı aradan qalxdı.
MİSİR-2010-cu ildə Misirdə baş verən hadisələrə paralel olaraq Facebookun fəaliyyəti dayandırıldı. Xarici ölkələrdən gələn təzyiq nəticəsində bu yasaq qısa müddət davam etdi. Ümumən isə 2010-2012-ci illərdə ölkədə müxtəlif səbəblərə görə Facebook-un fəaliyyəti 86 dəfə dayandırıldı.
CƏNUBİ KOREYA-Facebook, Twitter və Youtube başda olmaq üzrə ölkədə rejimə qarşı olan hər cür internet bağlantısının faəliyyəti yasaqlanıb. Açılma ehtimalları isə çox yüksək deyil. MAURITIUS-5 fevral 2007-ci ildə baş nazirin adına hazırlanan saxta profil ucbatından ölkədə Facebook bağlantısı kəsilib. Səhifənin fəaliyyəti cəmi bir gün dayandırılıb, sonradan yenidən bərpa olunub.
İRAN-2009-cu il seçkilərindən sonra ölkədə müxalifətin silahlanmasından, inqilaba doğru getməsindən narahat olan Tehran hakimiyyəti Facebooku yasaqladı. Ardınca Tvitter bağlantısını da qadağan edildi. 2013-cü ilin sentyabrında ölkədə hər iki saytın faəliyyətinə icazə verildi. MƏRAKEŞ-Mərakeş kralı 6-cı Məhəmməd Facebookda barəsində saxta səhifələrin açılması ucbatından bu saytı yasaqlayıb. Oxşar səbəblərlə 2009-2013-cü illər arasında Facebook tez-tez yasaqlandı, amma daim qadağa olmadı.
SURİYA-Bu ölkədə isə facebook ilk dəfə 2007-ci ildə qadağan edildi. Dövlətə yönəlmiş etiraz xarakterli statuslar, səhifələr ucbatından yasaqlanan facebook qısa müddət sonra fəaliyyətini bərpa etdi.


Mənbə: cazibe.info
Top