Facebook vs Twitter

Facebook vs Twitter

fb, yoxsa twitterDünyada tüğyan edən sosial şəbəkələr arasında ölkəmizdə ən populyarlarının Facebook və Twitter olduğu danılmazdır. Facebook artıq kifayət qədər məhşurlaşsa da Twitter yeni dəbə gəlməyə başlayır.

Əksər insanlar isə Twitter və Facebookun təmamilə eyni, sadəcə dizayn və ad fərqliliyi olduğunu düşünür. Bəs görəsən Twitter və Facebookun nə kimi fərqi var? 

— Fikirlərinizi ifadə edə bilmək üçün Facebookda 420 olduğu halda Twitterdə 140 simvolluq imkanınız var.

— Facebookda tanınmayan bir qadının dostları o, gözəl xanım olduğu üçün çox ola bilər amma Twitter nə gözəllik, nə də yaraşıqlılıq təsir etmir.

— Facebookda fikirlərinizi “qeyd” vasitəsilə uzun-uzadı yaza bilərsiniz amma Twitterdə tam lakonik və intellektual olmalısınız.

— Facebookda dost siyahınız 5 min nəfər olduqda bu sondur. Twitterdə isə son, limit deyilən bir şey yoxdur. İstənilən qədər izləyiciləriniz ola bilər.

— Facebookda “bəyən dilənçiliyi” vardır amma Twitterdə sizi kim bəyənib kim bəyənməyib bir o qədər əhəmiyyətli deyil. Əsas olan izləyici sayıdır.

— Facebookda “bəyən”, “paylaş”vardır. Twitterdə isə ancaq retweet.

— Facebookda şərh yazmaq və ya cavab vermək üçün kifayət qədər vaxt keçə bilər amma Twitterdə hazırcavab olmalısınz.

— Facebookda kiminləsə dost olmaq istəsəniz mütləq onun icazəsi lazımdır, Twitterdə isə hətda Obamanı izləyə, Putinlə söhbətləşə biləriniz.

— Facebookda kimisə dostluqdan silsəniz həmin adam inciyə bilər, Twitterdə isə Unfollowları hiss etmək elə də asan məsələ deyil.

— Facebookda hansısa təklif üçün dostlarınıza dəvət göndərə bilərsiniz, Twitterdə isə hər hansısa təbliğat apardığınızdan xəbər tutsalar profiliniz nəzarətə alınacaq.

— Facebook qız tutmaq yeridir, Twitter isə məhşurlaşmaq.

— Facebookda profili izləyərək şəxsi analiz apara bilərsiniz, Twitterdə isə onun ancaq fikirləri, dünya görüşü və intelekti haqqında xəbər alacaqsınız.
Facebook Amacidirsə Twitter Hurrəmdir
— Facebookda passiv olduğunuz halda, Twitterdə daha pozitiv nəticə göstərə bilərsiniz.

— Facebookda xarici görünüşünüz əsasdır, Twitterdə isə daxili dünyanız.

— Facebookda oyun belə oynaya bilərsiniz amma Twitterdə o qədər vaxtınız olmayacaq.

— Facebookda sizi qohumunuz, qonşunuz tapa bilər amma Twitterdə bu mümkünsüzdür.

— Facebookda siyasət var Twitter isə liberaldır.

— Facebook Amacidirsə Twitter Hürrəmdir.

— Facebook Fərda Xudaverdiyevdir amma Twitter Cem Yılmaz.

— Facebook Biləcəridir, Twitter isə İçərişəhər.
Top