Veb Server (en. Web-server) – istifadəçilərin Internetdəki Veb səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlarla təmin olunmuş kompyuterdir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server Veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə ğondərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da Veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
İnternet üçün nəzərdə tutulmuş serverlərin tipləri: Veb-server başqa sözlə və ya http-server də deyirlər. Server klient kompyuter sorğusuna cavab olaraq lazımi Veb səhifəni İnternetdən gətirir. Əgər sizin fərdi kompyuterin serverlə əlaqəsi varsa və oradan lazımi informasiya alırsa bu halda sizin kompyuter "klient", bütün bu texnologiya isə "klient-server" adlanır. Öz resurslarını istifadəçinin öhdəsinə buraxan uzaq məsafədə yerləşən kompyuter ilə bu resursları istismar edən istifadəçi kompyuter arasında informasiyaları ötürmə mexanizmi klient-server sistemi adlanır. Veb serverlər müxtəlif olurlar. Bu muxtəliflik serverlərin işlədikləri əməliyyat sistemlərindəki fərqlərdən ibarətdir. Hal hazırda İnternet şəbəkələrində ən çox iki növ server proqramlarından istifadə olunur: Adətən serverlər böyük ötürücü xüsusiyyətə malik xətlərdə işləyirlər.Hər bir serverin xüsusi domeni olmalıdır ki, bu da Domain Name System standartlarına cavab verən DNS ünvanıdır. Beləliklə server xüsusi proqram təminatı qurulmuş, məxsusi domen ada malik kompyuterdir. Serverin sahibi və administratoru serverə müraciətə icazəni verə bilər və ya bu icazəyə qadağan qoya bilər. Eyni zamanda administrator CGI skripti və SSI əlavə proqram və funksiyaları qoşa, sazlaya və yerinə yetirmək ixtiyarına malikdir. Server Internet istifadəçiləri arasında "informasiya portalı" adlanır. Bu çoxlu sayda kiçik ölçülü müxtəlif tematik bölmələrdən və ya müəyyən sayda sərbəst proyektlərdən təşkil olunmuş böyük virtual fəzadır. Beləliklə, Veb server İnternet vasitəsilə yayınlanmaqda olan bir veb saytın yayınlanmasından məsuliyyətlidir. Bir veb server HTTP, HTTPS, FTP, SMTP, POP3, DNS hətta streaming media xidməti verə bilər.