Facebook -da rekord sayda şərh yığan millli şirkət

Facebook -da rekord sayda şərh yığan millli şirkət

Bir statusda 6 mindən çox şərh yazılmağın səbəbi sən demə qeyri-adi viktorinadır. 
Yarışın qaydalarına əsasən aşağıda göstərilən ünvana daxil olub sadəcə bir şərh yazıb 3G dəstəkli müasir telefon qazanmaq mümkündür. Bircə şərt var: yazılan şərh sonuncu olmalı və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamalıdır. 
Viktorina Nar Mobile-ın rəsmi facebook səhifəsində ( www.facebook.com/NarMobile.Official) hələ də davam edir. 
Facebook Nar Mobile page
UPD.
Facebook-da  1 statusda rekord sayda şərh toplamış yarışmanın qalibi müəyyənləşdi.
26  yaşlı Rəşad Mehdiyev  Nar Mobile tərəfindən keçirilən yarışmanın qalibi  oldu. Qalib 3G dəstəkli mobil telefonu qazandı. Xatırladaq ki, yarışın qaydalarına əsasən, Nar Mobile-ın rəsmi Facebook səhifəsinə daxil olub, sadəcə bir şərh yazaraq, 3G dəstəkli müasir telefon qazanmaq mümkün olub. Yarışmanın əsas şərti isə  yazılan şərhin sonuncu olması və ya bu şərhdən sonra 2 saat ərzində yenisi yazılmamasıydı.
Nar Mobile hədiyyə konkursunun qalibi
Qalib isə özünün də dediyi kimi 7 gecə yuxusuz qalan, 11.981 şərh arasında cənab Rəşad Mehdiyev adlı istifadəçi olub. O, 04 yanvar 2012-ci il, saat 05.32 – 07.32 arasında qalib olmağı bacarıb.
Top