Hamı bu gün daraşıb facebook-a. Bəziləri dost-tanışnan gününü keçirir, bəziləri səhifələrdə yatır, bəziləri səhifə açır, bəziləri açmaq istəyir, amma bilmir.
Mənim bu yazım axırıncı iki qrupa aiddir: səhifə necə açılır, hansı tənzimləmələri var? Əgər xüsusi bir resursunuz (maddi və qeyri maddi) bunu niyə ictimaiyyətə çatdırmayasınız (gəlir yaxud könüllülük prinsipi ilə)?
Başlayaq:
Girisiz bu linkə: http://www.facebook.com/pages/create.php?
Ordan açacağınız səhifənin məqsədinə uyğun əsas kateqoriya, sonra isə ordan alt kateqoriya seçib, səhifənizin adını yazırsız (Səhifənizin adını istifadəçi sayı 1oo-ə çatana kimi dəyişə bilərsiz) və "Get Started" basıb səhifənizin əsasını qoyursuz.
Nöbəti 3 addımda səhifəniz üçün ən vacib şeyləri etməlisiniz:
1. Profil şəkli (mümkün qədər cəlbedici, fərqli və məzmuna uyğun olmalıdır)
2. Öz dostlarınıza dəvət yollayın - ilk dəstək məhz onlar verəcək.
3. Səhifəniz haqda məlumat (məqsədi nədir, istifadəçilərə nə vəd edir və s.) və varsa internet səfihəniz.
Bu 3 addımı keçdikdən sonra, ilk işiniz məqsədinizə xidmət edən maraqlı yazılar, şəkil və videolar olmalıdır. İlk qoşulmuş istifadəçilər nə qədər çox səhifədə fəal olsalar, şərh və bəyənmələr sizin səhifənin onların divarında görünməsinə, beləcə də səhifəniz yayılmağa başlayar. Elə şəkillər yerləşdirsəz ki, istifadəçiləri öz dostlarını etiketləməyə (tag) sövq etsin, o sizi reklam etmiş olur. Amma nəzərə alın ki, facebook-un öz ilkin tənzimləməsi etiketləməni istifadəçilər üçün əngəlləyir. Bu və digər səhifə tənzimləmələri ilə tanış olaq:
Tənzimləmələrə keçid səhifənin "Divarında" olarkən sağ yuxarı tərəfdə yerləşir - "Edit Page".
Tənzimləmələrə girən kimi, siz İcazə Seçimlərini ("Manage Permissions") görəcəksiniz.
İndi isə bir-bir həmin seçimlərə baxaq (Onlar bəziləri əhəmiyyətsiz görünə bilər, amma məncə bilsəz çox faydası toxunar, ehtiyac duyarsız):
1. Səhifənin görünmə dərəcəsi - əgər quş qoysaz, səhifə ancaq adminlərlər görünəcək. Bu funksiyadan məsələn, səhifədə keçirilmiş sorğnun nəticələrini hesablamaq üçün (istifadəçilər həmin müddətdə girib heç nəyi dəyişə bilməsin. Yaxud səhifənizi hansısa potensial təhlükədən - hack olunma, şikayət olunma və s. qorumaq üçün.
2. Ölkə qadağası. Bura istərdim ki, armenia yazıb qapıları onların üzünə bağlayaq, amma bu funksiya düzü məncə düzəməlli işləmir, xətası var.
3. Yaş qadağası
4. Divarınızda "bütün postların" yaxud ancaq "Səhifə tərəfindən olunan postların" görünməsi seçimi
5. İlkin görünən tab. Bu, səhifənizə ilk dəfə gələn istifadəçinin hansı tab-a yönləndirilməsini seçmək üçündür. Tab dedikdə, səhifənin divarı, məlumatlar olan yer, şəkillər olan yer və s. nəzərdə tutulur. Yaxşı olar ki, özünüz xüsusi tab (Welcome - Salamlama) hazırlayasınız - daha cəlbedici, funksional və mümkün qədər sadə (bax: www.facebook.com/finn7)
6. İstifadəçilər divara yaza bilər (quş varsa)
7. İstifadəçilər şəkil əlavə edə bilərlər (quş varsa)
8. İstifadəçilər sizin (səhifənin) əlavə etdiyi şəkillərdə etiketləyə bilər (quş varsa)
9. İstifadəçilər video əlavə edə bilərlər (quş varsa)
10. Qara Siyahı. Bura səhifənizdə əngəlləmək istədiyiniz sözlər aralarında vergül qoymaqla yaza bilərsiz. Əgər o sözlər istifadə olunsa, həmin şərh, post avtomatik spam qəbul olunacaq və gizlədiləcək.
11. Şöyüş Əngəlləməsi (Yoxdur; Orta; Güclü). Bu seçimlə siz öz səhifənizin söyüş əngəlləməsini facebookun arşınına görə təyin edə bilərsiniz.
12. Səhifəni cəhənnəmə vasil et. Bu seçimdən əvvəl papağı qabağa qoyub yaxşıca düşünmək lazımdı. Səhifə mənimdi mən bilərəm deyib qərar vermək olmaz. İstifadəçilərin də haqqı var az çox məncə.
Bundan başqa səhifədə digər tənzimləmələr də vardır. Onlardan bəziləri haqda da yazmaq istərdim. Ümidvaram bezdirici olmaz, əksinə faydalı bir şey taparsız.
Basic İnformation (1) - Əsas Məlumat bölümündə aşağıdakı secimlər müvcuddur:
2, 3. Kateqoriya və alt kateqoriya seçimi
4. Səhifənin adını dəyişdirmək (1oo istifadəçiyə çatana qədər mümkündür)
5, 6, 7. Səhifə haqqında məlumat, onun təsviri və internet səhifəsi.
Qeyd: Səhifə üçün username (istifadəçi adı) seçimi də bu bölümdən yaxud sadəcə http://www.facebook.com/username/ keçidindən istifadə etməklə seçmək olar. Username seçmək üçün ən az 25 üzv olmalıdır. Username seçdikdən sonra səfinizə keçid linki çox sadə ola bilər. Məsələn, mənim səhifəmin əsl keçidi belədir: http://www.facebook.com/pages/English-Speakers/255386831142813 amma mən sadə username götürmüşəm: www.facebook.com/finn7 . Username həmçinin html kodlaşdırma zamanı (xüsusi səhifə tablarının hazırlanmasında) rahat olur.
"Featured" (8) - Səciyyəvi seçimlər
Burada Səhifə Sahibi (Sahiblərini) göstərə bilərsiniz ki, səhifənizdə görünsün.
"Manage Admins" (9) - Adminləri İdarə et
Burada siz səhifəyə yeni adminlər təyin edə yaxud cari adminlərin statusunu ləğv edə bilərsiz
"Applications" (1o) - Tətbiqetmələr
a. "Event" - Tədbir yarada bilərsiz. Hər hansı bir hadisə üçün adam toplamağın ən rahat yolu "Event" yaratmaqdır. Bu həmçinin Səhifənizin yayılması üçün rol oynaya bilər.
Qeyd: Əgər Tədbiri səhifənin "Event" proqramı ilə yaratsaz, üzvlərə ismarıc göndərə bilməyəcəksiniz. Ancaq "update" - yeniləmə göndərə bilərsiz ki, bunu da çox adam yoxlamır. Əgər ismarıc göndərmək fikriniz olacaqsa, Tədbiri öz şəxsi hesabınızdan yaradın (yaxud bunun üçün başqa hesab açın).
b. "Notes" - Qeydlər yaza bilərsiz. Maraqlı qeydlər yazsaz və istifadəçiləri paylaşmağa sövq etsəz, sizin səhifənin yayılmasına kömək olar.
Bu bölmədə digər facebook-un öz tətbiqetmələri də var, amma elə də əhəmiyyətli deyil məncə. Siz özünüz əlavə etdiyiniz "tab"lar da bu bölümdə olur, və hər hansını silmək üçün bura baxmalısız.
"İnsights" - Göstəricilər
Bu bölmədə səhifəniz barədə statistik göstəricilərlə (istifadəçilərin yaş, cins, yerləşmə, dil göstəriciləri, istifadəçilərin günlük fəaliyyət göstəriciləri, bəyənmə və tərketmələr və sair) tanış ola bilər və fəaliyyətinizdə onlardan faydalana bilərsiniz.
Bu qədər sizi yordum kifayətdir. Oxuduğunuz üçün təşəkkür edirəm. Ümidvaram işə yarayar.
Bunları sadə şeylərdi? Bilirdiz? Lap yaxşı, onda növbəti yazımı gözləyin! Özəl "Tab"ların hazırlanmasına həsr edəcəm.
Yazını özüm hazırladığım üçün müəllif hüquqlarının qoruyun! İstifadə (yenidən nəşr) üçün müəllifə bildiriş və istinad edilməsi vacibdir! © eGo