Şəbəkə etikası

Şəbəkə etikası

İctimai yerlərdə davranış qaydalarını uşaqlıqdan öyrədirlər. Virtual ünsiyyət gerçək həyatda baş verən ünsiyyətdən fərqlənir. Həmsöhbətləriniz sizi görmürlər, onlar nə sizin üstünlüklərinizi, nə də çatışmazlıqlarınızı bilirlər, heç kəsi sizin ictimai mövqeyiniz maraqlandırmır. Bəzən virtual ünsiyyət zamanı həmsöhbətlərdən kimsə öz davranışına görə heç bir cəza alma yacağını bilərək, başqalarını təhqir edə, özündən çıxara, yaxud, sadəcə, zəhləsini tökə bilər. Buna görə də,şəbəkədə iş zamanı ümumi qəbul olunmuş müəyyən qaydalara – ünsiyyət etikasına riayət etmək lazımdır. Hər bir şəbəkə ünsiyyət üsulunun öz etik qaydaları var. Onların bəzilərini nəzərdən keçirək.
Gap ünsiyyəti. Gənclər arasında çox geniş yayılmış gap xidməti ən demokratik şəbəkə ünsiyyət üsulu olsa da, orada da müəyyən qaydalara əməl etmək məsləhətdir:
• İştirakçıların əksəriyyətinin ünsiyyətdə olduğu dildən istifadə edin. Bu, həm xarici dillərə, həm də slenqə aiddir.
• Özünüzü ağıllı göstərməyə çalışmayın. Bu, həmsöhbətinizi sizin əley hinizə çevirə bilər. Məlumatları sadə və aydın şəkildə göndə rin.
• Hər hansı səbəbdən həmsöhbətləriniz sizi qane etmirlərsə, gapdan uzaqlaşsanız daha yaxşı olar.
• Müəyyən mövzu üzrə ixtisaslaşan gap-serverdəsinizsə, söhbətin mövzusundan kənara çıxmayın. Sözün həqiqi mənasında gap etmək istəyənlər üçün xüsusi serverlər mövcuddur.
• Qeyri-normativ leksikadan istifadə etməyin. Gapların əksəriyyəti izlənilir: etikanı pozan “ağzıyavalar” serverdən uzaqlaşdırılır.
Daha bir neçə qayda:
• Qondarma addan (ing. nik) istifadə edin, çünki gaplar qeyri-rəsmi ünsiyyət üçündür.
• Bu növ ünsiyyətdən tez-tez istifadə edirsinizsə, qondarma adınızı dəyişməyin.
• Gapa daxil olanda salamlaşın.
• Replikanıza cavab verilmirsə, onu bir neçə dəfə təkrarlamayın, çünki sizin haq qınızda hövsələsiz, yaxud zəhlətökən həmsöhbət təəssüratı yarana bilər. Cavab almaq üçün bir qədər gözləyin – o, gecikə də bilər.

Elektron poçt ünsiyyəti. Elektron poçt vasitəsilə yazışma məktublaşanlar arasında münasibətdən asılı olaraq işgüzar, yaxud şəxsi ola bilər. Şəxsi məktublara etika baxımından ciddi tələblər qoyulmur. Yaxın dostunuza yazdığınız istər adi, istərsə də elektron məktubda özünüz üçün məqbul olan istənilən sözdən istifadə edə bilərsiniz. Şəxsi yazışmada məktubun üslubu və ifadə tərzi məktublaşan insanların tanışlıq səviyyəsindən asılı olur.Adi işgüzar yazışmalarda qəbul olunmuş “qızıl” qaydalar isə bunlardır:
• Yalnız məğzini verməklə, fikirlərinizi qısaca ifadə edin.
• Savadlı yazın.
• Başqalarından nəzakət tələb edirsinizsə, özünüz də nəzakətli olun.
• Aldığınız məktubun cavabını gecikdirməyin.
• Ümumi ifadələrlə “canınızı qurtarmayın”. Deməyə sözünüz yox dursa, bunu nəzakətlə bildirib, yazışmaya son qoyun.
Elektron yazışmalarda bu göstərilənlərə aşağıdakı qaydalar da əlavə olunmalıdır:
• Subject (mövzu) sahəsini doldurun. İstifadəçilərin çoxu virusların qorxu sundan mövzusu olmayan, yaxud mövzusu şübhəli olan məktubları oxumadan uzaqlaşdırırlar.
• Elan etdiyiniz mövzuya uyğun fikirlər yazın.
• Məktubunuzun sonunda kimliyinizi bildirin.
• Qabaqcadan arxivləşdirmədən böyük həcmli fayllar göndərməyin.
• Əgər məktubunuzda adresatların hamısı üçün mühüm və faydalı informasiya yoxdursa, onu bir neçə ünvana “səpələməyin”. Sizin ünvanınızı arzuolunmaz adresat kimi “qara siyahıya” sala bilərlər.
• Elektron yazışmalarda emosiyaları bildirmək üçün çox zaman sözlərin yerinə simvollar ardıcıllığından (smayliklərdən) istifadə olunur. Smayliklərdə istifadə olunan hər simvolun öz anlamı var: “ikinöqtə” gözü, “defis” burnu, “mötərizə” ağzı bildirir. Aşağıda geniş istifadə olunan smayliklərdən bəziləri göstərilib.

Simvollar ardıcıllığı Mənası
:) Təbəssüm
:)))) Gülüş
;) Hiyləgər təbəssüm
:( Məyusluq
:((((
Ümidsizlik
:-0 Təəccüb


Telekonfrans ünsiyyəti. Elə qaydalar var ki, onlar həm dostcasına söhbətlər, həm işgüzar ünsiyyət, həm də elmi polemikalar üçün məqbuldur:
• Fikirləriniz üst-üstə düşməsə də, başqalarının fikirlərinə hörmət lə yanaşın.
• Səhvlərinizi etiraf etməyi bacarın.
• Fikirlərinizi təsdiq etmək üçün dəlil-sübutlara əsaslanın.
• Mənasız danışıqları vaxtında kəsməyi bacarın.
Telekonfranslarda insanlar müəyyən bir mövzunu müzakirə etməyə yığışırlar. Əlbəttə, yuxarıda sadalanan qaydalara burada da əməl etmək gərəkdir, ancaq telekonfranslara başqa normalar da xasdır:
• Məlumatlar qısa olmalıdır.
• Söylənilən fikirlər problemin mahiyyətinə uyğun olmalıdır.
• Məlumatlar bütün həmsöhbətlərə ünvanlanmalıdır.
• Özünü reklam yolverilməzdir.
• İrqçi xarakterli fikirlər, təhqirlər və nəzakətsiz qeydlər qadağandır.
Top