Google

Google

Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Stenfordda Tibb məktəbinin iki tələbəsi, Ləri Peyc və Sergey Brin, Quqlı 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.

Tarixi
Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Lari Peyc və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçe dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Peyc və Brin öz saytlarını başlanğıcda "BackRub" adlandırdılar. Lakin sonralar onlar saytın adını quqol sözünə oxşar olaraq Google adlandırdılar.

URL: www.google.com
Kommersiya: Hə
Saytın tipi: Axtarış sistemi
Dil(lər)i: Çoxdillidir (180-dən yuxarı)
Sahibi: Google Inc.
İşin başlanması: 15 sentyabr 1997
Dövriyyəsi: 23.651 mlrd $ (2009)
Top