"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir.
Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir.
"@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq "dənəsi 5 manatdan 10 məhsul" kimi bir tərif istifadə etmək yerinə "10 məhsul @ 5 manat" deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var.
Bəzi dilçilər deyirlər ki, ilk olaraq orta əsrlərin başlarında əlyazmaları üzərində işləyən keşişlər tərəfindən bu işarə istifadə edilmişdir. Keşişlər "@" işarəsini içində, tərəfinə doğru, yanında mənalarını verən latınca sözü kimi istifadə edirdilər. Dilçilərin böyük bir əksəriyyəti "@" işarəsinin daha yaxın bir tarixə, 18-ci əsrə aid olduğunu deyirlər. Mütəxəssislərə görə, "@" həmin tarixdə ticari bir simvol idi. Ancaq italyan bir araşdırmaçı 14-cü əsrə aid bəzi ticari Venedik sənədlərində diqqəti cəlb edən şəkildə "@"işarəsinin istifadə edildiyini ortaya çıxartdı. Bu sənədlərdə işarə anfora, ya da kubu simvollaşdıran bir miqdar ölçüsü olaraq göstərilmişdir. Giorgio Stabil adlı araşdırmaçı bundan başqa 1492-ci il tarixli bir ispanca lüğətdə anforanın bir ağırlıq ölçüsü olan arrobaya çevrildiyini kəşf etdi. Bunların nəticəsində "@" işarəsi ticari olaraq 1885-də yazı maşınlarının ilk nümunəsi olan "Andəvud"un klaviaturasında yer aldı. O, tarixdən təxminən 85 il sonra da kompyuter klaviaturalarına e-mail işarəsi olaraq keçdi.
Bəs bu işarə ilk dəfə kompyuterə necə yol tapdı? Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi. Tomnilson bir növ hakerlik edərək, ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün [email protected] göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə [email protected] olub.
Hazırladı:Kamal Hacılı
deyerler.org saytına istinadən
Həmçinin bax: “@”işarəsi internetin rəmzi simvolu